Bakı. Trend:
Naxçıvan Muxtar Respubliaksının Culfa rayonun bir sıra kəndlərinin su təchizatı və kanalizasiya sistemləri yaxşılaşdırılacaq.
Trend-in əldə etdiyi məlumata görə, söhbət Ərəzin, Bənəniyar, Əbrəqunus, Xanəgah, Göydərə, Saltaq, Camaldın, Əlincə, Xoşkeşin, Dizə, Kırna, Qızılca kəndlərindən gedir.
Belə ki, qeyd olunan kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırıma və layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Meliorator Layihə Tədqiqat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 80 240 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sultanov Nicat Akif oğludur.