Bakı. Trend:
Tacikistan MDB sədrliyi müddətində qarşılıqlı ticarət həcmlərinin artırılmasının təşviqinə xüsusi diqqət ayıracaq.
Trend xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon səfirlikdə Tacikistanın 2025-ci ildə MDB sədliriyinə həsr olunmuş brifinqdə bildirib.
“İqtisadi trekdə fəaliyyətlər MDB-nin 2030-cu ilə Qədər İqtisadi İnkişafı Strategiyasının ikinci mərhələsinin (2026-2030) gerçəkləşdirilməsi üzrə Tədbirlər Planının kompleks layihəsinin hazırlanmasına, qarşılıqlı ticarət həcmlərinin artımının daha da stimullaşdırılmasına, tədarük olunan malların nomenklaturunu genişləndirmə mexanizmləri və yollarının axtarılmasına, həmçinin MDB üzv-dövlətlərində istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması üçün dünya stadardlarının və yeni texnologiyaların tətbiqinə yönləndiriləcək”, - deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi və inkişafının stimullaşdırılması üçün Məsləhət Şurasının fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır