Bakı. Trend:
Ötən il Azərbaycan 38,1 milyon ABŞ dolları dəyərində 49,4 min ton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə dəyər ifadəsində 13,1 milyon ABŞ dolları və ya 52,8%, həcm ifadəsində isə 16,8 min ton və ya 51,6% çoxdur.
Belə ki, 2023-cü ildə Azərbaycan 24,9 milyon ABŞ dolları dəyərində 32,6 min ton şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilmişdi.
Ötən il sözügedən məmulatların ixracı ölkənin ümumi ixracında 1,32% paya sahib olub.