...

Qazaxıstanın ilk Kaşaqan neft partiyası Bakı limanına yola düşüb

İqtisadiyyat Materials 27 Yanvar 2025 19:02 (UTC +04:00)
Qazaxıstanın ilk Kaşaqan neft partiyası Bakı limanına yola düşüb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın Kaşaqan neftini daşıyan “Taraz” tankeri Aktau limanından çıxıb və Bakı istiqamətində yola düşüb.

Trend-in “KazMunayQaz”a istinadən məlumatına görə, bu tədarük prezident Kasım-Jomart Tokayevin yerli karbohidrogenlərin ixracı üçün alternativ marşrutların inkişaf etdirilməsi ilə bağlı göstərişinin həyata keçirilməsi çərçivəsində “KazMunayQaz” şirkətlər qrupu tərəfindən həyata keçirilir.

Ardınca Qazaxıstandan daşınan neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinə nəql olunacaq. İxracatçı “KMQ Kaşaqan B.V” şirkətidir. Bu addım Transxəzər beynəlxalq nəqliyyat marşrutunun davamlı inkişafına vasitəçilik edəcək.

Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" (KMQ) SC və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranzitini nəzərdə tutan saziş bağlanıb.

2024-cü ilin mart ayında KMQ və SOCAR arasında Qazaxıstan Respublikasının ərazisi vasitəsilə neft tranzitinin həcmlərinin mərhələli şəkildə artırılmasına dair razılaşma əldə olunub. Sənədə əsasən, tədarük həcmləri ildə 2,2 milyon tona qədər artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti