Bakı. Trend:
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşü olub.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik", - deyə paylaşımda qeyd olunub.