Astana. Trend:
Qazaxıstan və Azərbaycanın Mərkəzi Bankları arasında kommunikasiya sahəsində təcrübə mübadiləsi aparılıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Bankının mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş keçirilib. İki günlük proqram çərçivəsində iştirakçılar kommunikasiya və informasiya siyasəti məsələləri üzrə təcrübə mübadiləsi aparıblar.
Tərəflər ictimaiyyətlə əlaqə yaratmaq və tənzimləyicilərin qərarlarını izah etmək üçün yanaşmaları; mərkəzi bankların sosial şəbəkələrinin və rəsmi internet resurslarının inkişafı üçün alətlər; müxtəlif hədəf auditoriyaları və rəqəmsal platformalar üçün kommunikasiya strategiyaları; o cümlədən praktiki keyslər və əhalinin maliyyə savadlılığının artırılması məsələlərini müzakirə ediblər", - məlumatda bildirilir.
Qeyd edək ki, ötən ilin sentyabr ayında başda bankın sədri Timur Süleymanov olmaqla Qazaxıstan Milli Bankından olan nümayəndə heyəti Azərbaycana səfər edib. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında olan əlaqələrin hazırki səviyyəsi yüksək qiymətləndirilib, həmçinin son zamanlar dayanıqlı inkişaf templərində müşahidə olunan irəliləyişlər təqdir edilib, mövcud makroiqtisadi situasiya, aparılan pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və başqa istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Bundan əlavə, vurğulamaq vacibdir ki, 2023-cü ildə iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd çərçivəsində monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsi, eləcə də ikitərəfli səfərlərin təşkili nəzərdə tutulub.
Стороны обсудили подходы к выстраиванию коммуникации с общественностью и разъяснению решений регуляторов; инструменты по развитию социальных сетей и официальных интернет-ресурсов центробанков; стратегии коммуницирования для различных целевых аудиторий и цифровые платформы; а также практические кейсы и повышение финансовой грамотности населения