...

Ötən il Azərbaycanda 1,2 milyon ton çörək istehsal edilib

İqtisadiyyat Materials 10 Fevral 2025 15:46 (UTC +04:00)
Ötən il Azərbaycanda 1,2 milyon ton çörək istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 1,197 milyon ton çörək istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, çörək istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 1,044 min ton və ya 0,1% artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal edilmiş çörəyin həcmi 1,196 milyon ton olub.

Bununla yanaşı ötən il Azərbaycanda 1,363 milyon ton buğda unu istehsal edilib ki, bu da, illik müqayisədə 35,7 min ton, yaxud da 2,7% çoxdur. 2023-cü ildə Azərbaycanda istehsal edilmiş buğda ununun həcmi 1,328 milyon ton idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti