...

Yanvarda Azərbaycan meşə fındığı ixracından 14 milyon dollar gəlir götürüb

İqtisadiyyat Materials 24 Fevral 2025 14:21 (UTC +04:00)
Yanvarda Azərbaycan meşə fındığı ixracından 14 milyon dollar gəlir götürüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar yaında Azərbaycandan 14 milyon ABŞ dolları dəyərində 2 min ton meşə fındığı ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 3,6 milyon ABŞ dolları və ya 34,9% çox, həcm baxımından isə 242 ton və ya 13,6% çoxdur.

Cari ilin yanvarında meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,46%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 5,71%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 60,5 milyon ABŞ dolları dəyərində 58,1 min ton meyvə-tərəvəz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8 min 466 ton və ya 17%, dəyər ifadəsi ilə isə 5,9 milyon dollar, yaxud da 10,8% artım deməkdir.

Ötən ay ixrac edilən meyvə-tərəvəz ümumi ixracın 1,99%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 24,61%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti