Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyon ABŞ dolları təşkil edib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 858 min ABŞ dolları və ya 2 dəfə çoxdur. Belə ki, ötən ilin ilk ayında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin həcmi 882 min ABŞ dolları idi.
Qeyd edək ki, ötən ay Azərbaycandan Pakistana ixrac həyata keçirilməyib. İdxal olunan məhsullar ümumi idxalın 0,08%-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.
Ötən ay ticarət dövriyyəsinin 3 milyard 38 min dolları ixracın, 2 milyard 52 milyon dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1 milyard 195 milyon dollar (64,8%) və 910 milyon dollar (79,7%) çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.