Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Qazaxıstana 5,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 63,1% çoxdur. Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 2,24%-ni təşkil edib.
Bununla da Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Qazaxıstan arasında ticarət əməliyyatlarının həcmi 24,7 milyon ABŞ dolları olub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 41,6% çoxdur.
Hesabat ayında Azərbaycandan Qazaxıstana 5,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 2,3 milyon ABŞ dolları və ya 68,5% çoxdur.
Bu ilin yanvarında Azərbaycan Qazaxıstana məhsul idxalını illik müqayisədə 4,9 milyon ABŞ dolları və ya 35,1% artıraraq, 19 milyon ABŞ dollarına çatdırıb.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.