Bakı. Trend:
Böyük Britaniyanın Bakıdakı səfirliyi və Azərbaycanın Mərkəzi Bankı (AMB) Partnership for Carbon Accounting Financials (PCAF) proqramı və Britaniya Standardlar İnstitutunun (BSI) dəstəyi ilə Azərbaycanın bank təşkilatları üçün karbohidrogen uçotu üzrə treninqlər təşkil edib.
Trend xəbər verir ki, dörd günlük tədbirin başlıca məqsədi beynəlxalq standardlara müvafiq olaraq maliyyələşən karbohidrogen tullantılarının uçotu strategiyalarının hazırlanmasında bank sektorunun potensialının artırılmasıdır. Maliyyələşdirilən emissiyalar maliyyə institutlarının investisiya və kredit fəaliyyəti ilə əlaqəli karbon izini ifadə edir.
“Karbon tullantılarının uçotu standartlarının qəbulu maliyyə institutlarına dayanıqlılığı və qlobal rəqabətqabiliyyətini artırmağa imkan verəcək. Azərbaycan bankları "yaşıl" maliyyələşdirmənin inkişafı və iqtisadiyyatın ekoloji keçidinə töhfə vermək üçün əhəmiyyətli potensiala malikdir”, – deyə Böyük Britaniyanın Bakıdakı səfirliyinin regional proqram rəhbəri Ülkər Səfərəliyeva bildirib.
“Biz bu təşəbbüs çərçivəsində britaniyalı tərəfdaşlarımızla əməkdaşlığa şadıq. Bu layihə Azərbaycanın Mərkəzi Bankının “yaşıl” iqtisadiyyata keçid üzrə səylərini tamamlayır və dayanıqlı maliyyələşmənin inkişaf etdirilməsi üzrə COP29-da götürdüyümüz öhdəliklərimizi dəsətkləyir”, -deyə Azərbaycan Mərkəzi Bankının maliyyə sektorunun dayanıqlı inkişaf üzrə direktoru Rüstəm Tahirov bildirib.
“Azərbaycan göstərmək imkanı əldə edib ki, karbohidrogenlərə əsaslanan iqtisadiyyat qlobal keçid dövrü gündəliyinə töhfə verə bilər. Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyələşdirməyə dair beynəlxalq yanaşmaların uyğunlaşdırılmasında mühüm rol oynayıb və bu, COP29-da qeyd edilib. PCAF bu səyləri dəstəkləyir və Azərbaycanda karbon emissiyalarının uçotu standartlarının tətbiqinə töhfə verməyə hazırdır”, – deyə PCAF-ın texniki yardım şöbəsinin rəhbəri Filip Şauer vurğulayıb.
“BSI və PCAF dayanıqlı inkişaf sahəsində qlobal hesabatlılıq standardlarının təsbit olunmasına vasitəçilik edir. Bizim karbohidrogen tullantılarının uçotu üzrə beynəlxalq metodikalarımız Britaniyanın “yaşıl maliyyə” üzrə aparıcı mərkəzlərdən birinə çevrilməsinə vəsilə olub. Biz öz təcrübəmizi ötürmək və dayanıqlı inkişafa keçiddə ölkənin maliyyə institutunlarına dəstək olmaq üçün Böyük Britaniyanın Bakıdakı səfirliyi, Azərbaycan Mərkəzi Bankı və PCAF-la əməkdaşlığa şadıq”, -deyə BSI beynəlxalq inkişaf direktoru Vladimir Yaqubov bildirib.