...

Qazaxıstandandan Azərbaycana taxıl tədarükü artıb

İqtisadiyyat Materials 4 Mart 2025 12:13 (UTC +04:00)
Qazaxıstandandan Azərbaycana taxıl tədarükü artıb
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Taxıl Terminalı ilə Qazaxıstandan Azərbaycana taxıl tədarükü 1,5 milyon tona çatıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan və Azərbaycan kənd təsərrüfatı nazirliklərinin nümayəndələri arasında keçirilmiş işçi qrupun ilk iclasında elan olunub.

Görüş çərçivəsində Qazaxıstanın kənd təsərrüfatı vitse-naziri Ermek Kenjexanulı və Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Zeynalov Elçin Razim oğlu aqrar sektorda ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər qeyd ediblər ki, işçi qrupun yaradılması qarşılıqlı əlaqələrin gücləndirilməsinə və tərəfdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə hədəflənib.

İki nazirliyin nümayəndələri Qazaxıstandan Azərbaycana kənd təsərrüfatı heyvanlarının cins materialının (sperma) Azərbaycana tədarükünün perspektivlərini, həmçinin kənd təsərrüfatı bitkilərinin toxum mübadiləsi, ekoloji sort sınaqlarının aparılması və elmi konfranslarda iştirak məsələlərini müzakirə ediblər. Bundan əlavə, iki ölkənin aqrar universitetləri arasında birgə təhsil proqramlarının və ikili diplom təhsilinin inkişafı məsələsi də gündəmə gətirilib.

İclasın yekunlarına görə, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığı davam etdirməyə, konkret layihələri təfsilatlı şəkildə işləyib-hazırlamağa və nəzərdə tutulan planları həyata keçirməyə razılaşıb.

Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları ticarət dövriyyəsi illik 5,6 faiz artaraq 78,6 milyon ABŞ dolları təşkil edib. Qazaxıstandan idxal 64,2 milyon ABŞ dollarına çatıb ki, bu da ümumi ixracın 81,6 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti