...

Estoniya şirkəti Azərbaycanda günəş panelləri ilə bağlı əməkdaşlıq imkanlarını dəyərləndirir (ÖZƏL)

İqtisadiyyat Materials 4 Mart 2025 12:09 (UTC +04:00)
Estoniya şirkəti Azərbaycanda günəş panelləri ilə bağlı əməkdaşlıq imkanlarını dəyərləndirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniyanın "SAI Recruitment OÜ" şirkəti Azərbaycanda günəş panelləri və fiber-optik kabelləri quraşdıra biləcək hər hansı bir şirkətlə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin nümayəndəsi Evald Qirsi deyib.

O, əvvəlcə şirkətlərinin fəaliyyət istiqamətindən danışıb: "Günəş panelləri, fiber-optik kabel məhsulları təqdim edirik. 5 ildən artıqdır ki, Baltika ölkələrində, eləcə də Almaniya bazarında fəaliyyətimizi davam etdiririk. Şirkətimizdə 200-dən artıq işçi fəaliyyət göstərir".

Daha sonra xarici şirkət nümayəndəsi Azərbaycanda günəş panelləri və fiber-optik kabelləri quraşdıra biləcək hər hansı bir şirkətlə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini vurğulayıb: "Ümumiyyətlə, bizə təqdim etdiyimiz məhsullarımızı Azərbaycanda icra edə biləcək şirkət axtarışındayıq. Əsasən, bizə Azərbaycanda əməkdaşlıq üçün onşor və ofşor üzrə çalışan şirkətlər lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti