...

AMEA-nın vitse-prezidenti riyaziyyat elmi ilə bağlı narahatlığını ifadə edib

İqtisadiyyat Materials 4 Mart 2025 13:31 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1945-ci ildən o tərəfə riyaziyyatçı tanımıram. Varsa, bəlkə, mənim qüsurumdur.

Trend xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev professor Kamal Soltanovun "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, 1945-ci ildən sonra Azərbaycan alimləri Moskva və digər şəhərlərlə əlaqəli olublar, riyazi bilikləri ölkəmizə gətiriblər. Addım-addım Azərbaycan riyazi məktəbi yaranıb.

“Misir Mərdanovun da bir narahatçılığı var idi ki, riyaziyyat elmində yeni nəslin gəlməsində müəyyən narahatlıqlar var. Bir qədər narahatedici məqamlar var. Yeni gələn riyaziyyatçılar əvvəlki effekti verirmi? Mən müşahidə etmirəm. Yəqin, bunun da bir həlli olacaq. Fundamental elmlər vəsait tələb edir ki, mütəxəssislər yetişdirəsən”, - deyə akademik qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti