...

Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 17 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 4 Mart 2025 15:10 (UTC +04:00)
Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 17 dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarının həcmi 190,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 178,9 milyon ABŞ dolları və ya 16,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan Serbiyaya 181,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 180,7 milyon ABŞ dolları, başqa sözlə, 366 dəfə artım deməkdir.

Həmçinin ötən il Azərbaycana Serbiyadan məhsul idxalı illik müqayisədə 1,8 milyon ABŞ dolları və ya 16,7% azalaraq 10,9 milyon ABŞ dollarına bərabər olub.

Təkcə bu ilin yanvar ayında isə Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarının həcmi 17,3 milyon ABŞ dolları olub.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 16,4 milyon ABŞ dolları və ya 19,7 dəfə çoxdur.

Hesabat ayında Azərbaycandan Serbiyaya 16,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. 2024-cü ilin yanvar ayında isə Azərbaycandan sözügedən ölkəyə ixrac əməliyyatları qeydə alınmayıb.

Eyni zamanda bu ilin yanvarında Azərbaycana Serbiyadan məhsul idxalı illik müqayisədə 262 min ABŞ dolları və ya 30% azalaraq 614 min ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti