...

Bu il Azərbaycanda "Apple səlahiyyətli təlim mərkəzi” fəaliyyətə başlayacaq

İqtisadiyyat Materials 5 Mart 2025 11:24 (UTC +04:00)
Bu il Azərbaycanda "Apple səlahiyyətli təlim mərkəzi” fəaliyyətə başlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

4SİM 2024-cü ildə “Apple” şirkəti ilə birgə ölkəmizdə "Apple səlahiyyətli təlim mərkəzi”nin yaradılması, coğrafi informasiya sistemləri sahəsində dünyanın aparıcı şirkəti olan “Esri” ilə “Tələbələr üçün ArcGİS” layihəsi, blokçeyn, veb3, kriptoqrafika və kriptovalyuta sahəsindəixtisaslaşmış “Binance” şirkəti ilə “Binance Academy” çərçivəsində əməkdaşlığa start verib.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu proqramlar çərçivəsində müxtəlif təlim sessiyaları keçirilir, məqsəd ixtisaslaşmış yerli mütəxəssislərin və təlimçilərin hazırlanmasına töhfə verməkdir: "Bu il ətzində həmin təlim mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Eyni zamanda 4SİM 2024-cü il ərzində Dünya İqtisadi Forumu (DİF) ilətərəfdaşlıq çərçivəsində süni intellekt, maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, rəqəmsal ticarət və enerji keçidi sahələrində beynəlxalq əməkdaşlığıgenişləndirib. DİF-in 23 qlobal mərkəzindən biri olaraq sadalanan istiqamətlərdə 18 müxtəlif layihədə tərəfdaş kimi iştirak edib. Yaşıl texnologiyaların tətbiqi və dayanıqlı inkişafın təşviqi istiqamətində addımlar atılıb. “Enerjidə süni intellekt həlləri” layihəsi çərçivəsində ölkəmizdə yerli tərəfdaşlarla 40 həll konsepti hazırlanıb. Ofis binaları və müəssisələrdə enerji sərfiyyatında səmərəliliyin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin tətbiqi ilə pilot layihəyə başlanıb. Layihənin uğurlarına dair DİF-in platformasında birgə hesabat dərc olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti