...

“Biznesə daxilolma” indikatoru ilə bağlı yeni Yol Xəritəsi təsdiq edilib

İqtisadiyyat Materials 6 Mart 2025 15:25 (UTC +04:00)
“Biznesə daxilolma” indikatoru ilə bağlı yeni Yol Xəritəsi təsdiq edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Yol Xəritəsinə əsasən, bu il təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydiyyat orqanı tərəfindən onlayn qaydada Ədliyyə Nazirliyindən əldə edilərək kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması planlaşdırılır.

Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanın yaradılması gözlənilir.

Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notarius tərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/uploads/2025/strategiya/Business%20Entry_2025%20roadmap_21.02.2025.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti