Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan Böyük Britaniyaya 130,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin dekabr ayı ilə müqayisədə 528,9 milyon ABŞ dolları və ya 80,2% azdır.
Bununla da Böyük Britaniya Azərbaycanın ən çox neft məhsulları ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 194 milyon ABŞ dolları olub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 177,7 milyon ABŞ dolları və ya 11,9 dəfə çoxdur.
Hesabat ayında Azərbaycandan Böyük Britaniyaya 73,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 73,1 milyon ABŞ dolları və ya 166,1 dəfə çoxdur.
Bu ilin yanvarında Azərbaycana Böyük Britaniyadan məhsul idxalı illik müqayisədə 104,6 milyon ABŞ dolları və ya 7,6 dəfə artaraq 120,4 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.