...

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 60 faiz artıb

İqtisadiyyat Materials 12 Mart 2025 10:04 (UTC +04:00)
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 60 faiz artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 8 950 şəxs qəbul edilib.

Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 12 153 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,7 faiz çoxdur.

Ümumi xidmətlərin 94 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asanİmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Bu ilin yanvar-fevral aylarında vergi ödəyicilərinə 247 759 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 16 görüş keçirilib, 96 sayda ünvanlı xidmət göstərilib.

Bu ilin iki ayında 628 müraciət üzrə 1 055 Asan İmza sertifikatı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti