...

Ötən il işğaldan azad edilmiş ərazilər üzrə ödənilən əkin subsidiyasının məbləği məlum olub

İqtisadiyyat Materials 14 Mart 2025 11:09 (UTC +04:00)
Ötən il işğaldan azad edilmiş ərazilər üzrə ödənilən əkin subsidiyasının məbləği məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilər üzrə Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarının müvafiq ərazilərində 2023-2024-cü əkin ilində kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən əkin sahələrinin və çoxillik əkmələrin becərilməsi həyata keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Məlumata görə, hesabat dövrü ərzində AKİA tərəfindən işğaldan azad edilmiş müvafiq ərazilərdə fəaliyyət göstərən 13 min hektar arpa, 1.08 min hektar qarğıdalı əkinlərinə, habelə becərdikləri 219.4 hektar kənd təsərrüfatı məhsullarının istehsalçısına apardıqları 78,48 min hektar buğda, 10,47 üzüm və 656.67 hektar meyvə bağlarına görə dövlət büdcəsinin vəsaiti 20152,8 min manat məbləğində əkin subsidiyası ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti