...

“AzerBlast” MMC ötən il məhsul satışından 2,5 milyon manat qazanıb

İqtisadiyyat Materials 14 Mart 2025 11:17 (UTC +04:00)
“AzerBlast” MMC ötən il məhsul satışından 2,5 milyon manat qazanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC-nin törəmə müəssisəsi “AzerBlast” MMC ötən il məhsul satışından 2,47 milyon manat qazanıb.
Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

“AzerGold” QSC-nin törəmə müəssisəsi, ölkədə sənaye təyinatlı partlayıcı maddələrin istehsalçısı “AzerBlast” MMC (Gəncə şəhərində) tərəfindən 2024-cü ildə 407,4 min kq Anfo markalı, 43,2 min kq H-Anfo markalı sənaye təyinatlı partlayıcı maddə istehsal olunub və bu məhsulların satışından 2,47 milyon manat gəlir əldə edilib”, - deyə hesabatda qeyd edilib.

Qeyd edək ki, “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir.

“AzerBlast” 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin iki təsisçisi var. Təsisçilərdən biri Cəmiyyət, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçiyə məxsusdur.

“AzerBlast”ın yaradılmasında məqsəd mədənlərin hasilatı prosesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin MMC istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoyub. Bu məqsədlə 28 dekabr 2023-cü il tarixində “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk dəfə Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu sınaq rejimində istifadəyə verilib. 2024-cü il iyulun 27-də zavod tam rejimdə fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti