...

Çovdar və Tülallar mədənlərində hasilat artıb

İqtisadiyyat Materials 14 Mart 2025 11:23 (UTC +04:00)
Çovdar və Tülallar mədənlərində hasilat artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən 2024-cü ildə Çovdar, Tülallar mədənlərində əvvəlki ilə nisbətdə 11,0% çox olmaqla 2,2 min kq (70,7 min unsiya) qızıl və 2,8 min kq (90,4 min unsiya) gümüş, ümumilikdə 2017-2024-cü illər ərzində isə 14,1 min kq (453,6 min unsiya) qızıl və 28,4 min kq (915,8 min unsiya) gümüş hasilatı həyata keçirilib.

Trend bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, qiymətli metalların beynəlxalq və daxili bazarlarda satışından 306,7 milyard manat (əvvəlki ilə nisbətən 45,3% çox) vəsait daxil olub. Cəmiyyətin fəaliyyətə başladığı dövrdən (2017-2024-cü illər) isə ümumilikdə qiymətlilərin satışından 1,5 milyard manat vəsait daxil olub.

Ümumilikdə qiymətli metalların daxili bazarda satışından 23,3 mln. manat gəlir əldə edilib.

Qeyd edək ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti