Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 301,5 milyon kilovat-saat (kVt·st) olub.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 79,9 milyon kVt·st və ya 36% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanın elektrik enerjisinin ixracı 221,6 milyon kilovat-saat (kVt·st) idi.
Bəhs olunan dövrdə Azərbaycanın elektrik enerjisi idxalı 19,5 milyon kVt·st olub ki, bu da, illik müqayisədə 13 milyon kVt·st, yaxud da 40% azdır.
2024-cü ilin ilk iki ayında Azərbaycanın elektrik enerjisinin idxalı 32,5 milyon kVt·st təşkil edib.