...

Hesablama Palatası tərəfindən Dövlət Turizm Agentliyində yoxlama aparılır

İqtisadiyyat Materials 14 Mart 2025 17:49 (UTC +04:00)
Hesablama Palatası tərəfindən Dövlət Turizm Agentliyində yoxlama aparılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası tərəfindən Dövlət Turizm Agentliyində yoxlama aparılır.

Bu barədə məlumatı Trend-ə Hesablama Palatasından təsdiq ediblər.

Qeyd edilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti