Bakı. Trend:
Ötən il dekabrın 1-nə Azərbaycanın maliyyə institutlarının rezidentləri tərəfindən emissiya edilmiş MasterCard kartlarından istifadə etməklə aparılmış əməliyyatların sayı (statistik vahidin ödəniş kartları da daxil olmaqla) 62,6 milyon ədəd, əməliyyatların həcmi isə 4,5 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə MasterCard kartları üzrə əməliyyatların sayı 34,9 milyon (2,3 dəfə), əməliyyatların həcmi isə 1,8 milyard manat (66,7 faiz) artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutları tərəfindən MasterCard ödəniş kartları üzrə aparılan əməliyyatların sayı 27,7 milyon ədəd, əməliyyatların həcmi isə 2,7 milyard manat təşkil edib.
Qeyd edək ki, rezident maliyyə institutlarının ödəniş kartları Azərbaycanın bankları və ödəniş təşkilatları tərəfindən buraxılan kartlardır.