Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,2 milyard kubmetr təbii qaz ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 1,55 milyard ABŞ dolları olub.
Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 234 milyon kubmetr və ya 5,9%, dəyər ifadəsi ilə 91 milyon ABŞ dolları, yaxud da 6,2% artıb.
Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4 milyard kubmetr həcmində, 1,46 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.