...

Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlandı

İqtisadiyyat Materials 17 Mart 2025 13:17 (UTC +04:00)
Gediş haqqı nağdsız ödənilən avtobusların sayı açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sərnişinlərin rahatlığı, ictimai nəqliyyata əlçatanlıqlarının artırılması məqsədilə paytaxtda xəttə çıxan avtobusların sayı rekord həddə çatdırılıb.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq müntəzəm marşrutlar üzrə xəttə çıxan nəqliyyat vasitələrinin sayı 2200-ü keçib.

Qeyd edilib ki, 2022-ci ildə Bakı şəhəri üzrə sərnişindaşımada 1720 avtobus istismar edilirdisə, bu gün bu say 2203-dür.

"Nağdsız ödənişə keçid sürətlənir. Belə ki, AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər də davam etdirilir.

Hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən 1696 avtobusda ödənişlər nağdsız qaydada həyata keçirilir. Bu da avtobus parkının 77 faizini təşkil edir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti