Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana məhsul idxalın həcmi 4,1 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, dövlət sektorunun idxalda payı 1,8 milyard ABŞ dolları təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard ABŞ dolları, yaxud da 5,7 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 2,4 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bunun da dövlət sektoruna düşən payı 308 milyon ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.
Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın düşüb ki, bu da, illik müqayisədə 13 milyon dollar və ya 0,3% azdır. Bu dövrdə idxal isə 1,7 milyard dollar, yaxud da 69,2% artıb.
Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.