Bakı. Trend:
Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-fevral aylarında istehsalın ümumi dəyəri 187,6 milyon manat olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz azalıb.
Dövr ərzində gips məmulatlarının istehsalı 11,9 faiz, tikinti şüşəsinin istehsalı 13,0 faiz, asfalt istehsalı isə 27,5 faiz azalıb.