Bakı. Trend:
Ötən il Azərbaycanın tədiyyə balansının strateji valyuta aktivləri 438.1 milyon ABŞ dolları azalıb.
Trend-ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, ötən il cari əməliyyatlar balansında 4.7 milyard ABŞ dolları həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) isə 5 milyard ABŞ dolları kəsir yaranıb.
Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlı xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri 438.1 milyon ABŞ dolları azalıb.