...

Tədiyyə balansının ehtiyat aktivləri azalıb

İqtisadiyyat Materials 18 Mart 2025 13:20 (UTC +04:00)
Tədiyyə balansının ehtiyat aktivləri azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 75.5 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 862.4 milyon dollar azalıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat ilində kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank (105.9 milyon dollar) sektorunun və müəssisələrin kreditləri (57.8 milyon dollar) hesabına artıb, neft-qaz sektorunun kreditləri (227.4 milyon dollar), dövlət kreditləri (422.9 milyon dollar) və dövlət zəmanətli kreditlər (375.8 milyon dollar) hesabına isə azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 252.9 milyon dollar azalıb, xalis maliyyə öhdəlikləri isə 191.7 milyon dollar artıb.

2024-cü il ərzində tədiyyə balansının ehtiyat aktivləri 0.4 milyard dollar azalıb.

Hesabat dövründə tədiyyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 106.7 milyon dollar həcmində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti