...

Hava nəqliyyatı vasitələri ilə daşınan yüklərin dəyəri 6 dəfəyədək artıb

İqtisadiyyat Materials 18 Mart 2025 16:21 (UTC +04:00)
Hava nəqliyyatı vasitələri ilə daşınan yüklərin dəyəri 6 dəfəyədək artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan üzərindən hava nəqliyyatı vasitələri ilə 1,7 milyard ABŞ dolları dəyərində 2,2 min ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 milyard ABŞ dolları və ya 5,8 dəfə, həcm ifadəsində isə 78 ton və ya 3,6% çoxdur.

Belə ki, hesabat dövründə sözügedən nəqliyyat vasitələri ilə Azərbaycana 1,6 milyard ABŞ dolları dəyərində 2,1 min ton yük idxal olunub. Bu isə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər baxımından 1,4 milyard ABŞ dolları və ya 6 dəfə, həcm baxımından isə 189 ton və ya 9,8% artım deməkdir.

Eyni zamanda cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı vasitələri ilə Azərbaycandan 54,9 milyon ABŞ dolları dəyərində 131 ton yük ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,4 milyon ABŞ dolları və ya 3,1 dəfə çox, həcm ifadəsində isə 112 ton və ya 46,1% azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında müxtəlif daşınma vasitələri ilə ümumilikdə 8,9 milyard ABŞ dolları dəyərində 10,6 milyon ton yük daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,7 milyard ABŞ dolları və ya 23,2%, həcm baxımından isə 678,7 min ton və ya 6,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti