...

Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 24 Mart 2025 11:17 (UTC +04:00)
Azərbaycanda tikinti şüşəsinin istehsal həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,5 milyon kvadrat metr tikinti şüşəsi istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 13% və ya 228,2 min kvadrat metr azalıb.

Cari ilin martın 1-nə hazır məhsul ehtiyatı 1,2 milyon kvadrat metr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% çoxdur. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materialları istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti