...

Ötən il Azərbaycandan ən çox pul köçürülən ölkələr - CƏDVƏL

İqtisadiyyat Materials 28 Mart 2025 15:18 (UTC +04:00)
Ötən il Azərbaycandan ən çox pul köçürülən ölkələr - CƏDVƏL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi əvvəlki illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalaraq 526,8 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, ən çox pul köçürülən ölkə Türkiyə olub. Belə ki, bu ölkəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 151,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9% və ya 5,7 milyon ABŞ dolları çoxdur.

Azərbaycandan ən çox pul köçürülən ölkələrin ikinci sırasında 60,4 milyon ABŞ dolları (əvvəlki illə müqayisədə 1,5 milyon ABŞ dolları, yaxud da 10,3% çox) pul köçürməsi ilə Amerika Birləşmiş Ştatları dayanıb.

Siyahının üçüncü pilləsində isə 58 milyon ABŞ dolları (16,2 milyon ABŞ dolları və ya 21,8% az) köçürülmə ilə Rusiya qərarlaşıb.

Ötən il Azərbaycandan ən çox pul köçürülən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Dövlətlərin adı Məbləğ
(min ABŞ dolları)
Türkiyə 151 837
Amerika Birləşmiş Ştatları 60 425
Rusiya Federasiyası 57 988
Gürcüstan 44 987
Birləşmiş Krallıq 28 456
Almaniya 23 259
Birləşmiş Ərəb Əmirlikləri 14 418
Çin 11 779
Kanada 10 037
Qazaxıstan 8 580
Fransa 7 693
Ukrayna 7 676
İspaniya 6 837
İsveçrə 6 525
İtaliya 5 999
Avstriya 5 724
Polşa 5 620
Koreya Respublikası 5 358
Niderland 4 930
Özbəkistan 4 615
Çexiya Respublikası 4 443
Belçika 3 660
Litva 3 156
İsrail 2 740
Yunanıstan 2 558
Hindistan 2 462
Digər dövlətlər 34 997
Məqalədə:
Xəbər lenti

Xəbər lenti