...

SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadiyyat Materials 4 Aprel 2025 16:27 (UTC +04:00)
SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rumıniyanın “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri Ştefan Vuza ilə görüşüb.

Trend-ə bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti