Bakı. Trend:
"Eksport-Import Trade" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Şirkət rəhbərliyinin hansı səbəbdən bu addımı atması açıqlanmasa da, kreditorların iki ay ərzində tələblərini 1010 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 18 küçəsi ünvanına bildirmələri qeyd olunub.
Qeyd edək ki, sözügedən şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Ələkbərov Azər Əli oğludur.