Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələyib.
Trend-ə bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” MMC 50 000 (əlli min) manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə “Azərpoçt” MMC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.