...

Azərbaycan İsrail şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 8 Aprel 2025 16:10 (UTC +04:00)
Azərbaycan İsrail şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İsrailin “ICL Group” və “Elbit Systems” şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində, eləcə də, kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.

"İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərliyi ilə görüşdük.

“ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş zamanı, xüsusilə Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

“Elbit Systems” nümayəndələri ilə görüşdə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində oldu. Həmçinin, ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirildi", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti