...

"Anglo Asian Mining" qızıl külçələrin satışını və qiymətini artırıb

İqtisadiyyat Materials 14 Aprel 2025 11:50 (UTC +04:00)
"Anglo Asian Mining" qızıl külçələrin satışını və qiymətini artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan və əsasən, Azərbaycana fokuslanan “Anglo Asian Mining” şirkətinin qızıl külçələrinin ümumi satışı 4,753 unsiya təşkil edib və hər unsiya üçün orta qiymət 2,843 ABŞ dolları olub.

Bu barədə Trend şirkətə istinadən xəbər verir.

Məlumata görə, şirkətin qızıl külçələrinin ümumi satışı 828 unsiya (21,1%) artıb, hər unsiya üçün orta qiymət isə 753 ABŞ dolları (36,7%) bahalaşıb.

Belə ki, 2024-cü ilin birinci rübündə şirkətin qızıl külçələrinin ümumi satışı 3,925 unsiya təşkil edib və hər unsiya üçün orta qiymət 2,080 ABŞ dolları olub.

Qeyd edək ki, şirkət bu dövrdə 6,029 unsiya qızıl 30,321 unsiya gümüş istehsal edib. Qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,763 unsiya və ya 2,7 dəfə, gümüş istehsalı isə 23,916 unsiya və ya 4,7 dəfə artıb. 2024-cü ilin birinci rübündə şirkət Azərbaycanda ümumilikdə 2,266 unsiya qızıl, 6,405 unsiya gümüş istehsal etmişdi.

Xatırladaq ki, şikrət birinci rübdə 8,085 unsiya qızıl ekvivalentində məhsul istehsal edib. Bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,537 unsiya qızıl ekvivalentində məhsul və ya 3,2 dəfə çoxdur. 2024-cü ilin birinci rübündə şirkət ümumilikdə 2,548 unsiya qızıl ekvivalentində məhsul istehsal etmişdi. Ötən il istehsalda azalmanın səbəbi istehsalın qismən dayandırılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti