...

Birinci rübdə Azərbaycanda elektrik enerjisinin istehsal, ixrac və idxal həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2025 09:58 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda elektrik enerjisinin istehsal, ixrac və idxal həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 7 171,8 milyon kVt·st olub.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Hesabat dövründə elektrik enerjisinin ixracı 385 milyon kVt·st, idxalı isə 35,7 milyon kVt·st olub. Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 243,9 milyon kVt·st artımla 853,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib", - deyə paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti