Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 774,5 manat təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur.
Qeyd edək ki, hesabat dövründə muxtar respublikanın büdcə gəlirləri 111,1 milyon manat, büdcə xərcləri isə 93,7 milyon manat təşkil edib. Bu da 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən müvafiq olaraq 2,1 dəfə və 4,3% artım deməkdir.