Bakı. Trend:
Biz Sloveniya biznesinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişlənməsinə ümid edirik.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi mətbuat konfransında deyib.
“Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq və yenidənqurma işləri barədə həmkarlarımıza məlumat verdik. Hesab edirik ki, Sloveniya şirkətləri üçün də orada yaxşı imkanlar mövcuddur”.
Nazir, həmçinin, əlavə edib ki, xüsusi müzakirələr zamanı Şərq-Qərb Orta Dəhlizin potensialı vurğulanıb.
“Bu sahədə də əməkdaşlıq imkanları qeyd edilib. Şərq-Qərb Orta Dəhlizi barədə danışarkən, eyni zamanda, Bakı Ticarət Limanının bilavasitə yaxınlığında yerləşən Ələt sərbəst iqtisadi zonanın potensialı barədə fikir bildirildi”, - deyə C.Bayramov bildirib.