...

Orta Dəhliz Sloveniya üçün böyük maraq kəsb edir - Nazir

İqtisadiyyat Materials 17 Aprel 2025 13:28 (UTC +04:00)
Orta Dəhliz Sloveniya üçün böyük maraq kəsb edir - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Şərqlə Qərbi birləşdirən Orta Dəhliz Sloveniya üçün böyük maraq kəsb edir.

Trend-in məlumatına görə, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayon Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

“Mən Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulması üzrə çoxlu ambisiyalı planlar eşidirəm. Biz son nəqliyyat marşrutları və Şərqlə Qərbi birləşdirən Orta dəhlizi müzakirə edəndə, bu da bizdə böyük maraq oyadır.

Bizim Adriatik limanı ən maraqlı limanlardandır – o, Asiyadan Avropa bazarlarına aparan ən qısa dəniz yolu sayılır. O, Mərkəzi-Şərqi Avropaya və Qərbi Balkanlara vacib bir çıxışdır”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti