...

Mərkəzi Bank XDR virus və təhdidlərə qarşı xidmətlərə yarım milyon manat sərf edəcək

İqtisadiyyat Materials 21 Aprel 2025 11:24 (UTC +04:00)
Mərkəzi Bank XDR virus və təhdidlərə qarşı xidmətlərə yarım milyon manat sərf edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) XDR virus və təhdidlərə qarşı aşkarlama və reaksiya xidmətləri satın alır.

Trend-in əldə etdiyi məlumata görə, eyni zamanda tənzimləyici qurum tərəfindən SOAR təhdid kəşfiyyatının idarə edilməsi sistemləri də sifariş edilib.

Belə ki, artıq AMB sözügedən işləri "SmartIT" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 547 916 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "SmartIT" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Nicat Vaqif oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti