...

"Bitkoin"in qiyməti 4 faiz artıb

İqtisadiyyat Materials 21 Aprel 2025 22:30 (UTC +04:00)
"Bitkoin"in qiyməti 4 faiz artıb

Bakı. Trend:

"Bitkoin"in qiyməti ticarət sessiyası zamanı 4 faizdən çox artıb.

Trend-in məlumatına görə, bu barədə "Market Watch" platforması məlumat verib.

Məlumata əsasən, kriptovalyutanın qiyməti ABŞ prezidenti Donald Tramp ölkənin əksər ticarət tərəfdaşlarına böyük rüsumlar tətbiq edəcəyini açıqlamazdan əvvəl aprelin əvvəlində olduğu səviyyəyə qayıdıb.

Bitkoinin qiyməti 3,7 faiz artaraq 87 782 min dollar olub. Ticarət zamanı o, aprelin 3-də qeydə alınan maksimumdan yuxarı - 88,499 min dollara yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti