Bakı. Trend:
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti tarixi maksimum səviyyəyə çatıb.
Trend birjaya istinadən xəbər verir ki, qızılın qiymət artımı davam edərək, 3 501,75 dollara qədər yüksəlib.
Məlumata görə, bu, ticarət platformasının tarixində qeydə alınmış ən yüksək göstəricidir.