Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan 2,8 milyon kVt/saat elektrik enerjisi idxal edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 80 min ABŞ dolları olub.
İrandan elektrik enerjisi idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 2,2 milyon kVt/saat və ya 44%, dəyər ifdadəsi ilə 62 min ABŞ dolları, yaxud da 43,7% azalıb.
Belə ki, 2024-cü ilin ilk iki ayı ərzində İrandan Azərbaycana 5 milyon kVt/saat həcmində, 142 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilmişdi.
Qeyd edək ki, cari ilin ilk iki ayında Azərbaycana 19 milyon kVt/saat həcmində, 581 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib. Azərbaycana Rusiyadan, Gürcüstandan və İrandan elektrik enerjisi idxal olunub.