Bakı. Trend:
Həm bu il, həm də gələn il üçün iqtisadi artım proqnozlarımız nikbindir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ÜDM 2025-ci ildə 3.3 faiz, 2026-cı ildə isə 2.4 faiz artım proqnozlaşdırılır.
"Qeyri-neft sektorunda artımın bu il 4.7 faiz, 2026-cı ildə isə 4.6 faiz olacağı proqnozlaşdırılır", - sədr qeyd edib.
