Bakı. Trend:
Biz regionda GEO/LEO (Geostationary Equatorial Orbit / Low Earth Orbit) xidmətlərini təklif edə bilərik.
Trend xəbər verir ki, bunu "Azərkosmos"un Satış Departamentinin rəhbəri Sənan Həsənov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günündə deyib.
O bildirib ki, yerli peyk operatorları və satış provayderlərinin müəyyən nailiyyətləri var:
"Qanunvericilik də buna imkan verir ki, prosesi sürətləndirsinlər ki, layihəni regionda daha sürətli şəkildə reallaşdırsınlar. Eyni zamanda, onlar müvafiq həllərdə bir-birilərinə yardımçı ola bilərlər. Əlbəttə, regional peyk operatorları üçün xərcin düzgün tənzimlənməsi üçün həllər lazımdır.
Müxtəlif aktorlar və hökumətlər arasında əlaqələr çox vacibdir. Onlar, həmçinin, regional peyk operatorları ilə birlikdə çalışaraq, bu sektorda bir sıra çətinliklərə daha tez bir şəkildə həll yolu tapmaqda kömək ola bilərlər. Uyğunlaşma məsələsi də regional provayderlərin işinin asanlaşması baxımından olduqca vacib amillərdəndir. Düşünürəm ki, bu regionda hər kəs üçün yaxşı imkanlar var. Biz, həmçinin, regionda GEO/LEO (Geostationary Equatorial Orbit / Low Earth Orbit) xidmətlərini təklif edə bilərik".
"Bilirik ki, tələblər dəyişir və texnoloji yeniliklər sürətlə baş verir. Biz daha düzgün müştəri kateqoriyasını aparmalı və daha uyğun xidmətlər təqdim etməliyik ki, onlar arasında boşluğu dolduraq", - deyə S.Həsənov qeyd edib.