...

Alternativ enerji mənbələrinə keçid Azərbaycanın inkişaf məqsədlərinə nail olmağa kömək edəcək – AİB (ÖZƏL)

İqtisadiyyat Materials 4 May 2025 16:36 (UTC +04:00)
Alternativ enerji mənbələrinə keçid Azərbaycanın inkişaf məqsədlərinə nail olmağa kömək edəcək – AİB (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Alternativ enerji mənbələrinə keçid Azərbaycanın inkişaf məqsədlərinə nail olmağa kömək edəcək.

Bunu Trend-ə bu gün Milanda keçirilən AİB-in 58-ci İllik Toplantısı çərçvisədinə AİB-in İqtisadi Tədqiqatlar və İnkişafa Təsirin Qiymətləndirilməsi Departamentinin baş iqtisadçısı və baş direktoru Albert Park deyib.

"Biz ölkələrə öz davamlı inkişaf məqsədlərinə nail olmaqda kömək etməyə sadiqik. Təbii ki, bərpa olunan enerji mənbələrinə keçid uzunmüddətli perspektivdə enerji təhlükəsizliyini təmin etmək üçün vacibdir. Bundan əlavə, qlobal karbon vergisinə keçid davam etdikcə, iqtisadiyyatın əsası kimi qalıq yanacaqlardan asılılıq getdikcə daha az həyat qabiliyyətli olur. Buna görə də, digər enerji mənbələrinə keçid daha davamlı inkişaf yoluna daha çox töhfə verəcəkdir”, - deyə o qeyd edib.

ABŞ-ın tarif siyasətinin təsirini şərh edən Park qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada bəzi neft ixrac edən ölkələrə qarşı sözügedən tariflər tətbiq edilməyib.

"Bu, mənfi nəticələri bir qədər yumşaldır. Amma ümumilikdə problem bu tariflərlə bağlı qeyri-müəyyənlikdir. Bu, investisiya qərarlarının qəbulunu və uzunmüddətli cavab strategiyalarının həyata keçirilməsini çətinləşdirir. Çoxları sadəcə gözləyir. Və hətta yeni tədbirlər elan edilsə belə, bu, çətin ki, ticarət siyasətindəki qeyri-müəyyənliyi aradan qaldırsın, çünki ABŞ-də hazırkı administrasiyanın rəhbərliyinin başlanğıcından bəri baş verdiyi kimi, yenidən dəyişə biləcəyinə dair qorxular qalmaqdadır”, - o bildirib.

Onun sözlərinə görə, qeyri-müəyyənlik bir müddət davam edəcək ki, bu da sürətli adaptasiyanı çətinləşdirəcək və uzunmüddətli perspektivdə bütün region ölkələri, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün daha yüksək uyğunlaşma xərclərinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti